"Əl-Nəsr"in hücumçusu, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə Zinəddin Zidanın komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə "OK Diario" nəşri məlumat yayıb.

 

Mənbə bildirir ki, futbolçu komandada baş məşqçi ilə bağlı problemlərin olduğunu düşünür. Onun fikrincə, bu posta ən yaxşı namizəd "Real"da rəhbərliyi altında ardıcıl üç dəfə Çempionlar Liqasını qazanan Zidandır.

 

Xatırladaq ki, "Əl-Nəsr" 62 yaşlı portuqaliyalı mütəxəssis Luis Kastronu istefaya göndərib. Komanda yeni mövsümün əvvəlində Superkubok matçında "Əl-Hilal"a böyük hesabla uduzub (1:4).