Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

 

"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da yeni baş məşqçi ilə anlaşan "Kəpəz"i qəbul edəcək. Azər Bağırov "sarı-göylər"lə sabiq komandası Mərdəkan səfərindən əlidolu qayıtmağı planlaşdırırsa, Elmar Baxşıyevin yetirmələri uğurlu seriyanı davam etdirmək niyyətindədi.

 

Qeyd edək ki, Rəvan Həmzəzadənin idarə edəcəyi matçın start fiti 19:30-da səsləndiriləcək.

 

Misli Premyer Liqası

VI tur

13 sentyabr

19:30. "Araz-Naxçıvan" – "Kəpəz" 1:0 (2-ci hissə)

Qol: B.Dias, 76

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mərdəkan."A "Liv Bona Dea Arena".

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə, 19. Ramin Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 10. Bernardo Dias.

Baş məşqçi: Elmar Baxşıyev

"Kəpəz": 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Kvalko (k), 10. Karim Lkouça, 77. Viktor Braqa

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 19. Lassana Ndiaye.

Baş məşqçi: Azər Bağırov

 

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 14-15-də keçiriləcək.