İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, mükafatı "Brayton"un baş məşqçisi Fabian Hürtseler qazanıb.

 

31 yaşlı alman mütəxəssis bu ilin yayında "Brayton"la müqavilə imzalayıb və Premyer Liqa tarixinin ən gənc baş məşqçisi olub.

 

Qeyd edək ki, komanda onun rəhbərliyi altında avqustda keçirdiyi oyunlarda "Everton" (3:0) və "Mançester Yunayted" (2:1) klublarını məğlub edib. Daha sonra səfərdə "Arsenal"la heç-heçə edib - 1:1.