Bu gün cüdo üzrə Zaqreb Qran-prisinə start verilib. Sport24.az xəbər verir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxıb.

 

Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz qüvvəsini sınayıb.

 

Əhməd Yusifov (60 kq) ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini, 1/8 finalda isə belçikalı Olivier Naerti məğlub edib. Yusifov 1/4 finalda israilli Lior Rafailovdanda üstün olub. Əhməd yarımfinalda komanda yoldaşı Turan Bayramovdan da üstün olaraq finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda qazaxıstanlı Şerzod Davlatova uduzaraq, gümüş qazanıb.

 

Turan Bayramov isə bürünc medal qazanıb. Ruslan Paşayev də (66 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıb.

 

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.