"Əl-Nəsr" və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo serbiyalı tennisçi Novak Cokoviç haqqında fikirlərini bildirib. Sport24.az xəbər verir ki, 40 yaşlı futbolçu 38 yaşlı tennisçiyə görkəmli idmançıya verilən xüsusi "Globe Soccer Award" mükafatını təqdim edib:

 

"Mənim üçün Novak idmanda uzunömürlülük nümunəsidir. Biz oxşar yol keçmişik. O, bu mükafata layiqdir, çünki keçmiş, indiki və gələcək nəsillər üçün nümunədir".

 

Qeyd edək ki, Cokoviç kareyarsı ərzində 24 dəfə  Böyük Dəbilqə turnirlərinin qalibi olub. Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.