Dünən Portuqaliya futbolunda 2024/25 mövsümü üçün Portuqaliya Liqasının mükafatlandırma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mükafat alanlar arasında dünya futbolunun ulduzu Kriştiano Ronaldo da olub.

 

"Əl-Nəsr"ın hücumçusu "Bütün zamanların ən yaxşı oyunçusu" mükafatını alıb. 40 yaşlı portuqaliyalı əvvəllər "Sportinq"də çıxış edib.

 

Mükafatla bağlı 40 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib: "Ümid edək ki, muzeydə hələ də yer var. Kriştiano Ronaldo "Bütün zamanların ən yaxşı oyunçusu" mükafatını qazandı. Daha kimlər?"