Dünya futbolunun əfsanəsi Ronaldinyo ağır itkiylə üzləşib. Sport24.az xəbər verir ki, 41 yaşlı braziliyalı keçmiş hücumçunun anası Migelina Eloi Dos Santos koronavirus infeksiyasından vəfat edib.

Ronaldinyo bununla bağlı sosail şəbəkədə qara foto paylaşıb. O, 71 yaşlı anasının 2020-ci ilin dekabrında koronavirusa yoluxduğunu bildirib. Mərhum həmin vaxt intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, dünya çempionu və "Qızıl top"un sahibi olan Ronaldiyo futbolçu karyerasını 2 il əvvəl Vətənində "Fluminense" klubunda bitirib.