Belçika millisinin kapitanı Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 5:0 hesablyla qalib gəldikləri görüşdə pokerə imza atan forvard yaxşı hisslər keçirdiyini və final mərhələsinə vəsiqə qazandıqları üçün sevindiyini vurğulayıb: "Motivasiyalı idik və diqqətimiz oyunda idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Buna görə erkən qollar vurmalı idik. 4 qol vurmağıma gəlincə, sadəcə işimi gördüm".