Roma "Lill"in yarımmüdafiəçisi Hakon Haraldssonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubunun skautları oktyabrın 2-də "Roma"nın Avropa Liqasında "Lill"ə qarşı oyunu zamanı 22 yaşlı islandiyalını dəyərləndirəcək. Haraldsson qış "transfer pəncərəsi"ndə "Roma"nın potensial hədəfi hesab olunur. Fransa klubu onun satışından 20 milyon avro qazana bilər.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/26 mövsümündə 6 oyunda 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.