"Roma" icarə əsasında komandada çıxış edən Brayan Saraqosa ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

İtaliya klubu oyunçunun performansından məmnun deyil və o, birdəfəlik transfer edilməyəcək.

 

Saraqosa yayda müqavilə ilə məxsus olduğu "Bavariya"ya qayıdacaq.

 

Brayan bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.