"Roma" "Bolonya"nın hücumçusu Santyaqo Kastronun transferi üçün razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.
"Roma" argentinalı oyunçu üçün 30 milyon avro məbləğində sabit ödəniş, üstəgəl 5 milyon avro bonus ödəyəcək. Müqaviləyə həmçinin Kastronun gələcək transferindən kiçik bir faizi də daxildir.
Argentinalı hücumçu yaxın günlərdə tibbi müayinədən keçəcək və bundan sonra onun "Roma"ya transferi rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, 21 yaşlı Santyaqo Kastro ötən mövsüm "Bolonya"nın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.