Serbiya Superliqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının (PFL) qonağı olub. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycana səfər çərçivəsində PFL-in qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşüb. Görüş zamanı Serbiya Superliqası və PFL arasında mövcud əməkdaşlıq və perspektivlər müzakirə olunub.

 

Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs PFL-ə və Azərbaycan futboluna uğurlar arzu edib.