İtaliyanın "Bolonya" klubu hücum xəttini yeni transferlə gücləndirib. Sport24.az "Yahoo Sports"a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Roma"nın hücumçusu Artem Dovbikin transferi ilə bağlı razılığa gəlib.

Məlumata görə, ukraynalı forvard 2027-ci ilin iyun ayınadək nəzərdə tutulan icarə müqaviləsi əsasında "Bolonya"ya keçəcək. Futbolçu tibbi müayinədən keçməyə də razılıq verib və rəsmi prosedurların çərşənbə axşamı tamamlanacağı gözlənilir.

Qeyd edək ki, bu keçid fonunda "Bolonya"nın hücumçusu Santyaqo Kastro isə "Roma"ya transfer olunacaq.