"İnter" "Qalatasaray"ın müdafiəçisi Vilfred Sinqonu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

İtaliya çempionu Fil Dişi Sahili millisinin üzvü üçün 35 milyon avro ödəməyə hazırdır. İstanbul nəhəngi isə 25 yaşllı sağ cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.

 

Qeyd edək ki, "Qalatasaray" Vilfred Sinqonu 2025-ci ilin yayında "Monako"dan transfer edib. Futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.