"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını "Yuventus"da davam etdirə bilər. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, polşalı futbolçunun agenti İtaliya klubunun rəhbərliyi ilə danışıqlar aparmaq üçün Turinə gəlib.

 

37 yaşlı hücumçunun mövsümün sonunda Kataloniya klubundan ayrılması ehtimalı yüksəkdir. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.

 

Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində 25 oyuna çıxıb və 12 qol vurub.