Joze Mourinyo yenidən İspaniyada işləyə bilər. Sport24.az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, hazırda "Benfika"nın "sükanı arxasında" olan mütəxəssis "Real"ı çalışdırmağa namizədlər arasında yer alıb. 

 

Cari mövsümdə Xabi Alonsonun yerinə keçən Alvaro Arbeloanın 2025/26 mövsümünün sonunda vəzifəsindən ayrılma ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında İspaniya liqasını (2011/12), Kral Kubokunu (2010/11) və İspaniya Super Kubokunu (2012) qazanıb. 63 yaşlı portuqaliyalı 2025-ci ilin sentyabrında "Benfika" ilə müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.