"Koventri"nin çalışdırcısı Frank Lempard Çempionşipdə mövsümün ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
"Koventri" ötən cümə günü "Blekbern"lə matçda heç-heçə (1:1) etməklə ən azı ikinci yeri təmin edib. Lempardın komandası 2000/01 mövsümündən bəri ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki. 47 yaşlı Lempard 2024-cü ilin noyabr ayında "Koventri"nin baş məşqçisi postuna təyin olunub. O, məşqçi karyerası ərzində "Derbi Kaunti", "Çelsi" və "Everton" komandalarını çalışdırıb.