Madrid "Atletiko"unun baş məşqçisi Dieqo Simeone "Çelsi"nin "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki. bu barədə "Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu argentinalı mütəxəssisə hələlik heç bir təklif göndərməyib. Lakin klub rəhbərliyinin hazırkı məşqçi Liam Rosenyora tam etibar etmir və bu səbəbdən Simeone ingilislərin maraq dairəsinə düşüb.
Qeyd edək ki. Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Komanda onun rəhbərliyi altında klub iki La Liqa və Avropa Liqası titulunu, eləcə də bir İspaniya Kubokunu və bir İspaniya Super Kubokunu qazanıb.
"Çelsi" hazırda Premyer Liqada 48 xalla altıncı yerdədir.