"Qələbə qazanmaq istəyirdik. Bu tur turnir cədvəlində bizdən geridə olan "Karvan-Yevlax" da qalib gəlib bizə yaxınlaşdı. Növbəti oyunlara hazırlaşacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Eşqin Əhmədov deyib.

Gənc futbolçu komandasının Misli Premyer Liqasının 28-ci turunda "Sumqayıt"a məğlub olduğu oyunu şərh edib:


"Məğlubiyyəti ədalətli nəticə hesab etmirəm. Çox qol fürsəti yaratdıq, vura bilmədik. Əksinə, "Sumqayıt" az şansdan yararlanıb, qələbə qazandı. Ən azı 1 xalı haqq edirdik. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Çoxlu qol vurmalıyıq. Növbəti turda rəqibimiz "Araz-Naxçıvan"dır. Çətin oyun olacaq. Mütləq qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. Oyun baxımından Premyer Liqadakı komandalardan geri qalmırıq. Elitadan düşməyi ağlımıza belə gətirmirik. Qəbələyə futbol yaraşır".

Qeyd edək ki, "Sumqayıt" "Qəbələ" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.