"Fənərbağça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Sport24.az bu barədə xəbər verir ki, "Brayton" klubunun mətbuat xidməti məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi Türk müdafiəçini 30 milyon avroya heyətinə qatdığını açıqlayıb.

 

24 yaşlı futbolçu "Brayton"la 4 illik müqavilə imzalayıb.