"Renn" hücumçusu Esteban Lepulun müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
26 yaşlı futbolçu ötən yay "Anje"dən "qırmızı-qaralar"a qoşulub və 2025/26 "futbol ili"ndə Liqa 1-in ən çox qol vuran oyunçusu olub.
Bu mövsüm Lepul bütün turnirlərdə 32 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Renn" Liqa 1-də altıncı yeri tutaraq Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.