Renat Dadaşov Türkiyə Superliqasında növbəti qolunu vurub. Sport24.az xəbər verir ki, o, "Başakşəhər"lə oyunda "Hatayspor"un yeganə topuna imza atıb.

 

64-cü dəqiqədə meydana daxil olan Dadaşov 9 dəqiqə sonra fərqlənib. Amma bu top "Hatayspor"u məğlubiyyətdən xilasına kömək etməyib. Matç 1:2 hesabı ilə başa çatıb.

 

Son 4 turda uduzan Volkan Demirelin komandası 33 xalla 18-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Renat sonuncu dəfə ötən il noyabrın 25-də qol vurmuşdu. O, "İstanbulspor"a 1:2 hesablı məğlubiyyətdə fərqlənmişdi.