Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Superliqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, onun komandası "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.

 

Ehtiyat oyunçular skamyasında yer alan Renat 77-ci dəqiqədə meydana çıxıb. Hesabında 33 xal olan "Hatayspor" 15-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Renatın komandası 32-ci turda öz meydanında "İstanbulspor"la qarşılaşacaq.