"Ştutqart"ın yarımmüdafiəçisi Andres Çema İspaniyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

 

"Kral klubu" 20 yaşlı orta xətt oyunçusunu gələn ilin yayında heyətinə qatmağı planlaşdırır.

 

Qeyd edək ki, Andres Çema "Real"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü mövsümün əvvəlində La Liqa nəhəngindən 3 milyon avro qarşılığında "Ştutqart"a transfer olunub. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.