İspaniyanın "Real" klubunda daha bir müdafiəçi zədələnib. Sport24.az xəbər verir ki, son olaraq Din Huysen sıradan çıxıb.
İspaniya yığmasının üzvü DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı matçlarda iştirak etməyəcək. Onu "Atletik"dən Aymerik Laport əvəzləyəcək.
Zədə ciddi olmasa da, futbolçu ən azı 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq. "Kral klubu" oktyabrın 19-da La Liqada "Xetafe", 22-də UEFA Çempionlar Liqasında İtaliyanın "Yuventus" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, "Real"da müdafiəçilərdən Antonio Rudiger, Dani Karvahal, Trent Aleksandr-Arnold və Ferlan Mendi də zədəlidir.