"Atalanta" və Nigeriya millisinin üzvü Ademola Lukman qışda daha iddialı kluba keçə bilər. Sport24.az xəbər verir ki, vingerə "Mançester Yunayted" və "Real" maraq göstərir.
Hər iki klub Lukman üçün "Atalanta"ya rəsmi təklif göndərib.
27 yaşlı futbolçunun hansı komandadan yana seçim edəcəyi hələ ki, dəqiq deyil.
O, bu mövsüm "Atalanta"nın heyətində ilə 14 matçda 8 qol vurub və 5 asist verib. Lukman karyerası ərzində "Çarlton", "Everton", "Leyptsiq", "Fulhem", "Lester" klublarında oynayıb.