"Real"ın prezidenti postuna namizəd Enrike Rikelme seçiləcəyi təqdirdə Erlinq Haalandla müqavilə imzalayacağı vədindən geri çəkilməyib. Sport24.az xəbər verir ki, bu barədə o, "Madrid Universal"a aşıqlama verib:

 

"Erlinq Haalandın "Mançester Siti" ilə müqaviləsində sərbəst buraxılma maddəsi var və bu məbləğ 180 milyon avrodan azdır. Bazar günü seçilsəm, o, "Real"a qoşulacaq. Mən buna zəmanət verirəm".

 

Qeyd edək ki, Rikelmenin açıqlamalarından sonra "Mançester Siti" Madrid klubunun prezidentliyi uğrunda Florentino Pereslə mübarizə aparan iş adamına qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyib.