"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib. Sport24.az xəbər verir ki, o, yeni turniri ədalətsiz adlandırıb.

 

"Kral klubu"nun prezidenti yeniliyin problemləri həll etmədiyini bildirib: "Çempionlar Liqasının yeni formatı problemləri həll etməyub. Bu ədalətsiz sistemdir. UEFA oyun sayını artırıb, amma onların dəyəri əvvəlkindən çox aşağı düşüb".

 

Qeyd edək ki, turnirin 2024/2025 mövsümündə 36 komanda Liqa mərhələsində yarışır. Mübarizə 8 turdan ibarətdir.