"Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xavyer Dorado 49 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, o, 2022-ci ildən xərçənglə mübarizə aparıb.

 

İspaniyalı sabiq müdafiəçi 2024-cü ilin mayında sümük iliyi transplantasiyası əməliyyatı keçirib.

 

Qeyd edək ki, Xavyer Dorado 1999/2000 mövsümündə "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olub.