"Real" Xabi Alonsonun mümkün təyinatına görə "Bayer təzminat ödəmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "El Partidazo de COPE" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, söhbət 8 milyon avrodan gedir. "Real" Alonso ilə müqavilə bağlayacağı halda  alman klubuna təzminat kimi məhz bu qədər vəsait ödəyəcək.

 

Qeyd edək ki, artıq neçə vaxtdı ki, mətbuatda Karlo Ançelottinin mövsümün sonunda "Kral klubu"ndan ayrılacağı ilə bağlı xəbərlər dolaşır.