"Real"ın sol cinah müdafiəçisi Yussef Henrikes "Alaves"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Vitoriya-Qasteys şəhərini təmsil edən klub 19 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. "Transfermarkt" portalı "Alaves"in transferə 3 milyon avro xərclədiyini bildirib.
Qeyd edək ki, Enrikesin adı ötən mövsüm bir neçə dəfə "Real"ın iştirak ərizəsinə düşsə də əsas komandada debüt edə bilməyib. 2024/25 mövsümündə o, "Castilla" (Real Madridin ikinci komandası) 35 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.