"Real" 2024-cü ilin ən yaxşı komandası seçilib. Sport24.az xəbər verir ki, "kral klubu" "Laures Dünya İdman Akademiyası" tərəfindən mükafatlandırılıb.
Mükafata "Boston Seltiks" (basketbol), qadınlardan ibarət "Barselona", İspaniyanın kişilərdən ibarət millisi, ABŞ-nin kişilərdən ibarət basketbol yığması və Formula 1 şirkəti "McLaren" namizəd olub.
"Real" ötən il Çempionlar Liqasını, La Liqanı və İspaniya Superkubokunu qazanıb.