“Çelsi”nin müdafiəçisi Ris Ceyms karyerasını İspaniya La Liqasında davam etdirə bilər .Sport24.az xəbər verir ki, ingilis futbolçu ilə hazırda müdafiəçi mövqeyinə futbolçu axtaran “Real“ yaxından maraqlanır.
Madrid klubu 23 yaşlı ingilis futbolçunun mümkün keçidi üçün səylərini davam etdirir. Ceyms, Daniel Karvahalın əvəzedicisi kimi nəzərdə tutulub.