"Bavariya"nın mərkəz müdafiəçisi Dayot Upamekano "Real"a transfer olunmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə"Footmercato"nun jurnalisti Santi Auna öz "feysbuk" səhifəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, Madrid klubu fransız müdafiəçi ilə şifahi anlaşıb. Tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub.
Qeyd edək ki, 27 yaşlı fransız futbolçunun Münhen klubu ilə müqaviləsi yayda başa çatır. "Bavariya" onunla yeni sözləşmə imzalamaq istəsə də Upamekano İspaniyaya yollanmaq fikrindədir. Müdafiəçi bu mövsüm klubun heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb və bir qol vurub.