Braziliyalı futbolçu Vinisius Junior "Real" ilə yeni müqavilə ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, tərəflər arasında artıq razılıq əldə edilib. Son vaxtlar  Vinisiusla baş məşqçi Xabi Alonso arasında yaşanan münaqişəyə baxmayaraq, tərəflər ortaq məxrəcə gələ biliblər. 

 

Qeyd edək ki, Vinisius 2018-ci ildə "Flamengo"dan "real"a 45 milyon avroya transfer olunub. Braziliyalı Madrid klubunda 338 oyun keçirib, 111 qol vurub və 87 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun "Kral klubu" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.