"Real" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İspaniya nəhəngi "River Pleyt"dən Franko Mastantuononun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Real" argentinalı vinger üçün onun klubunaa 41milyon avro təzminat ödəyəcək. 17 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanacaq. Gənc oyunçu klublararası dünya çempionatında "River Pleyt"in heyətində iştirak etdikdən sonra "Real"a qoşulacaq.
Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.