Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər ki, onun komandası 16-cı turda "doğma divarlar" arasında "Stal"la qarşılaşıb.

 

Millinin heyətində zədələnən 29 yaşlı müdafiəçi bu görüşdə iştirak etməyib. Məmmədovun meydana çıxmadığı oyunda "Radomyak" 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Rahilin komandası 15 oyundan sonra 16 xal toplayıb. "Radomyak" növbəti turda dekabrın 2-də "Motor"un qonağı olacaq.