Braziliya millisinin hücumçusu Rafinya Fransa ilə oyunun birinci yarısında əzələ problemi hiss edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" hesabında paylaşım edib.
Braziliya milli komandası bu həftə yekun qərarını verəcək. 29 yaşlı futbolçu "Barselona"ya geri göndəriləcək, ya da yığmanın həkimlərinin nəzarəti altında müayinələrdən keçməyə davam edəcək
Qeyd edək ki, klub rəhbərliyi futbolçunun risk etməsini istəmir və uzunmüddətli fasilədən sonra zədənin ciddi fəsadlar törətməyəcəyinə ümid edir.