“Ambisiyalı olmaq yaxşıdı. Ancaq hər dəfə uşaqlara deyirəm ki, qalib gəldiyiniz matçı unudun və artıq növbəti oyun barədə fikirləşin. Sentyabrın sonunda titullar barədə düşünmək düzgün deyil”. Sport24.az xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında “Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola bildirib.


Qeyd edək ki, ispan mütəxəssisin çalışdırdığı komanda 6 turdan sonra 18 xalla Premyer Liqada liderdi. “Şəhərlilər” Çempionlar Liqasının qrup mərhələsinə də uğurla start verib. Onun komandası ilk turda “Srvena Zvezda”nı 3:1 hesabı ilə məğlub edib.