Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krılya Sovetov”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.

“Ximki” 23 turdan sonra 14 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.