"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını madridllərin əsas komandasında davam etdirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, 21 yaşlı futbolçu bununla bağlı "Diario AS"a açıqlama verib:

 

"Mən çoxdandır ki, burdayam. Bu, arzumdur. Məqsədim və istəyim əsas komandanın bir hissəsi olmaqdır".

 

Qeyd edək ki, Qarsiya klublararası dünya çempionatında iki matçda bir qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2024/25 mövsümündə "Real"ın B komandasında 26 matçda 25 qol vurub və 4 məhsuldar ötürmə edib. La Liqada əsas komandanın heyətində 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qarsiyanın "Kral klubu" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunun transfer dəyərini 8 milyon avro qiymətləndirir.