Qətərdə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, həlledici qarşılaşmada Portuqaliya Avstriya ilə üz-üzə gəlib.

 

Matç Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolun müəllifi "Benfika"nın yetirməsi Anisio Kabral vurub.

 

Üçüncü yer uğrunda görüşdə isə İtaliya Braziliyanı penaltilər seriyasında məğlub edib (0-0, penaltilər seriyasında 4-2). Cənubi amerikalılar oyunun 14-cü dəqiqəsindən etibarən azlıqda qalıblar. Mərkəz müdafiəçisi Vitao meydandan qovulub.