İspaniyalı yarımmüdafiəçi Aleks Qarsiya əsas heyətdə daha çox dəqiqə ala bilməməsindən narazıdır. Sport24.az xəbər verir ki, futbolçu ötən mövsüm "Jirona"da (İspaniya) olduğu kimi yeni klubu "Bayer-04″də də əsas mərkəz oyunçularından olmaq istəyir.
Qarsiya komanda yoldaşları Qranit Caka, Robert Andrix və Palasios Ekzeküellə ən yaxşı mərkəz kollektivinə sahib olduqlarını bildirib.
Qeyd edək ki, bu yay Leverkuzen təmsilçisinə transfer olan 27 yaşlı oyunçunun klubla müqaviləsi 2029-cu ilin iyununa qədərdir.