Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı qrupun digər matçında "Bayer" doğma meydanda İsveç "Hekken"ini qəbul edib.
Qarşılaşma Leverkuzen təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Xabi Alonsonun komandası qrupda 1-ci pilləyə yüksəlib.
"Bayer" - "Hekken" 4:0
Qollar: Virts, 10, Adli, 16, Bonifase, 67, Hofmann, 70
Xatırladaq ki, "Qarabağ" evdə Norveç çempionu "Molde"ni 1:0 hesabıyla məğlub edib.