Futbol üzrə Belçika çempionatında 26-cı turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda doğma meydanda “Leuven”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. 

“Gent” hazırda 42 xalla 5-ci pillədə qərarlaşıb.

"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da Bakıda keçirib və 1:0 hesabıyla qalib gəlib. Komandalar arasındakı cavab qarşılaşması isə fevralın 23-də Belçikada baş tutacaq.