"Qarabağ"ın sabiq qapıçısı Vaqner da Silva bir ildən sonra yaşıl meydanlara qayıdır. Sport24.az xəbər verir ki, 38 yaşlı qolkiper Braziliyanın B Seriyasında çıxış edən "Operario-PR" komandası ilə anlaşıb.
Qeyd edək ki, Vaqner da Silva 2018-ci ilin yayından 2020-ci ilin yayınadək Ağdam təmsilçisinin formasını geyinib.
Braziliyalı qolkiper son olaraq Portuqaliyada "Torreense"nin uğurları üçün çalışıb. Bu komandada son matçını 2024-cü il aprelin 28-də keçirən "çərçivə qoruyucusu" həmin vaxtdan sonra klubsuz idi.