"Ayntraxt"ın hücumçusu Elye Vahi komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, fransalı hücumçu ölkəsinə qayıdacaq.

 

Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

 

"Nitsa" Vahinin keçidini həll edib. Liqa 1 klubu 22 yaşlı forvardı yanvar ayında icarəyə götürəcək.

 

"Ayntraxt" Elye Vahini bu ilin yanvar ayında "Marsel"dən 26 milyon avroya transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn ilin 22 yanvar tarixində Bakıda keçiriləcək.