Bu gecə Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, cavab oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq.

 

Bu qarşılaşmalardan birində çempionumuz "Qarabağ"ın II təsnifat mərhələsindəki potensial rəqibləri "Linfild"lə (Şimali İrlandiya) "Şelburn" (İrlandiya) üz-üzə gələcək. Cütün qalibi ağdamlılarla qarşılaşacaq. 

 

Qeyd edək ki, ötən gecə II mərhələyə yüksələn 6 komanda bəlli olub. 

 

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul

22:45. "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya)
İlk oyun - 0:1

22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun: 0:1