17 yaşadək futbolçulardan ibarət "Qarabağ" komandası "Gothia Puma Trophy"də növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsində son matçına çıxıb.

 

İsveçdə təşkil olunan yarışda IV qrupda yer alan komandamız III turda yerli "Göteborq"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

 

Qrup mərhələsini 4 xalla başa vuran "Qarabağ"ın mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.

 

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi "Myallbu" üzərində 2:1 hesablı qələbə qazanan ağdamlılar "Sportinq Laqos"la heç-heçə edib – 0:0.