2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son olaraq İsrailin "Bney Saxnin" klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb.

 

32 yaşlı madaqaskarlı hücumçu "Sumqayıt"ın heyətində "9" nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə "Səbail"in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.